Simeone maaşının azalmasına razılaşıb
01.11.2023 - 00:49
Madrid “Atletiko”su baş məşqçi Dieqo Simeone ilə yeni müqavilə bağlamağa yaxındır.
Apasport.az xəbər verir ki, tərəflər arasında hazırki müqavilə mövsümün sonunda bitəcək.
Yayılan xəbərlərə görə, yeni razılaşmada argentinalı mütəxəssisin məvacibi 20-30 faiz azalacaq. Simeonenin illik 12-13 milyon avro qazanması gözlənilir. İlin sonunadək rəsmi müqavilənin imzalanacağı bildirilir.
Qeyd edək ki, Dieqo 2011-ci ildən “Atletiko”ya başçılıq edir.
- “İnter Mayami” argentinalı futbolçunu komandada saxlayacaq
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
- Cüdo məşqçilərinin sertifikatlaşdırılması proqramı davam edir
- Gəncədə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib
0
0