“Mançester Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Lill”in yarımmüdafiəçisi Ayub Buaddini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
17 yaşlı futbolçu "şəhərlilər"lə 2031-ci ilədək müqavilə imzalayıb.
“Mançester Siti” Buaddinin transferi üçün “Lill”ə bonuslarla birlikdə 100 milyon avro ödəyəcək.
Qeyd edək ki, Buaddi “Lill”in yetirməsidir. O, Fransa klubunun əsas komandasında 96 oyun keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən Buaddi sonradan Mərakeş millisində oynamağa qərar verib. O, əsas komandada 8 matç keçirib. Futbolçu 2026-cı il dünya çempionatında 5 oyunda meydana çıxıb.