Super Liqa klubunun yeni baş məşqçisi məlum olub
16.12.2025 - 14:14
Super Liqa klubunun yeni baş məşqçisi məlum olub

Türkiyənin “Gənclərbirliyi” komandasının yeni baş məşqçisi məlum olub.

Apasport.az xəbər verir ki, bu vəzifəyə Metin Diyadin gətirilib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Ankara təmsilçisini son olaraq Volkan Dəmirəl çalışdırıb.

Qeyd edək ki, “Gənclərbirliyi” Superliqada XVI turdan sonra 15 xalla 13-cü pillədə qərarlaşıb.