Superliqa təşəbbüsü uğursuzluğa düçar olan “Real”, “Barselona” və “Yuventus” Avropa futboluna yenilik gətirmək sevdasından əl çəkmir.
Apasport.az saytının məlumatına görə, “üçlük” yeni layihə ilə çıxış etmir.
UEFA bayrağı altında keçirilən Çempionla Liqasından uzaqlaşmaq istəyən nəhənglər buna bənzər yeni turnir planlaşdırır. Burada Avropanın 60-80 komandası oynayacaq. Onlardan heç birinin yeri daimi olmayacaq. Klublar divizionlar üzrə mübarizə aparacaq. Hər iştirakçı mövsümdə azı 14 görüşə çıxacaq.
“Real”, “Barselona” və “Yuventus”un rəhbərləri 50-dən artıq klubla əlaqə saxlayaraq danışıqlar aparıb. Danışıqların nəticəsi və yarışın dəqiq formatı açıqlanmır. “Üçlük” detalları sirr kimi saxlamaq niyyətindədir.
Qeyd edək ki, Superliqanın yaradılması üçün ilk cəhd 2021-ci ilin aprelində gerçəkləşib və fiaskoya uğrayıb.
- Millimizin baş məşqçisi: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
- De Xea yeni müqavilədən imtina etdi
- Fəridə Lütfəliyeva Avropa çempionatı matçlarına təyinat alıb
- Şahin Diniyev: "Avstriya və Azərbaycan futbolu arasında yerlə göy qədər fərq var" - MÜSAHİBƏ
- Haiti yığmasının baş məşqçisi: “Bu tarixdə ilk dəfədir”