Ter Ştegen qərarını verib
19.12.2025 - 14:56
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yanvar transfer pəncərəsində komandasını dəyişmək niyyətində deyil.
Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Almaniyalı qolkiper cari mövsümdə ciddi oyun praktikası çatışmazlığı yaşayır. Hans-Diter Flikin rəhbərlik etdiyi məşqçilər heyəti əsas etimadı Xuan Qarsiyaya göstərir. Buna baxmayaraq, Ter Ştegen mövsümün sonuna qədər “Barselona”da qalmağa hazırdır.
33 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, 2014-cü ilin yayından “Barsa”nın şərəfini qoruyur.
- Elşad Əhmədov: “Xankəndi şəhərində elə “Xankəndi” komandası yaradılmalıdır” - Müsahibə
- Bekhemin oğlu Premyer Liqa klubunda - FOTO
- Valdas Dambrauskas: "Qəbələ" bizi çox yaxşı təhlil etmişdi“
- Dünya çempionatının final mərhələsinin ev sahibi müəyyənləşib
- Niderlandlı futbolçu "Yuventus"da debüt etdi - FOTO
0
0