
İstanbul klublarından "Qalatasaray"ın futbol direktoru Cenk Ergün tutduğu vəzifədən istefa verib.
Apasport.az xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat yayıb:
“Bu gün İdarə Heyətinin sədri Dursun Özbekə bildirdiyim kimi, klubumuzdakı vəzifəmdən istefa verdim.
Mövcud vəziyyətin klubuma xələl gətirməməsi və adımın daha da ləkələməməsi üçün verdiyim qərarı sizinlə bölüşürəm".
Mütəxəssis ictimaiyyətə yaxın günlərdə detallar barədə məlumat verəcəyini bildirib.
Qeyd edək ki, günlərdir Zalevskinin transferini gözləyən "sarı-qırmızılı" azarkeşlər Kerem Aktürkoğlu, Tete və Vilfrid Zaha kimi cinah oyunçuları ilə yollarını ayırdıqdan sonra reaksiya göstərsələr də, onların yerinə yeni futbolçu transfer edilməyib. Başda futbol direktoru Cenk Ergün və menecer İbrahim Hatipoğlu olmaqla "Qalatasaray" rəhbərliyi sosial mediada sərt tənqid olunur.
- Azərbaycan boksçuları beynəlxalq turnirdə 2 medal qazanıblar
- Azərbaycan birinciliyində 362 taekvondoçu mübarizə aparacaq
- Ali Koç "Göztepe" matçında meydana enmə səbəbini açıqlayıb
- İsveç yığmasının sabiq futbolçusu: “Musa böyük liqalara gedə biləcək”
- Qurban Qurbanov Xabi Alonso ilə görüşmək üçün Almaniyaya getdi