Torres Bolqarıstanla oyunda forma geyinməyəcək
13.10.2025 - 22:15
İspaniya millisi ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, “Barselona”nın hücumçusu Ferran Torres sabah keçiriləcək Bolqarıstanla oyunda forma geyinməyəcək.
24 yaşlı futbolçuda əzələ problemi aşkarlanıb və o, bu səbəbdən heyətdən kənarda qalacaq.
Torres cari mövsümdə La Liqada 8 oyunda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, sabah keçiriləcək İspaniya - Bolqarıstan matçı Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
- Musleranın transferi rəsmiləşdi
- Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
- FIFA reytinqi: Azərbaycan millisi ili 74-cü pillədə başa vurub
- Şahruddinin komandasında prezident istefa verdi - Səbəb
- Azərbaycan və İordaniya Taekvondo federasiyaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb - VİDEO
0
0