“Tottenhem” gənc futbolçu ilə 5 illik müqavilə imzalayıb
16.08.2024 - 22:58

İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni transferlə gücləndirib.
Apasport.az xəbər verir ki, London təmsilçisi "Börnli"dən Vilson Odobert transferini rəsmiləşdirib.
19 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. "Tottenhem" bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.
Qeyd edək ki, Odobert ötən mövsüm 1:4 məğlubiyyətlə başa çatan "Çelsi"yə qarşı matçda qol vuraraq "Börnli"nin Premyer Liqa tarixində qol vuran ən gənc oyunçusu ünvanını qazanmışdı.
- Üç şahmatçımız liderlər qrupunda – Avropa çempionatında
- Cüdoçularımız Avropa Kubokunda 4 medal qazanıblar
- Qadın şahmatçılar arasında Azərbaycan çempionatı başladı
- Millimiz mövqeyini qorudu - FİFA reytinqi
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
0
0