"Tottenhem" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
05.12.2025 - 19:19
İngiltərənin "Tottenhem" klubu heyətini Premyer Liqanın digər təmsilçisi "Brayton"un mərkəz müdafiəçisi Yan-Pol van Hekke ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, London klubu 25 yaşlı niderlandlı ilə yaxından maraqlanır.
Van Hekkenin "Brayton" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Onun transfer məbləği təxminən 45 milyon avro təşkil edir.
Qeyd edək ki, cari mövsümdə Yan-Pol van Hekke bütün turnirlərdə meydana çıxdığı 16 matçda 3 qol vurub.
0
0