“Tottenhem”in futbolçusu Joao Palinya “Bavariya”ya qayıdacaq.
Apasport.az xəbər verir ki, London klubu portuqaliyalı yarımmüdafiəçinin transfer hüquqlarını almayacaq.
Bu barədə jurnalist Florian Plettenberq məlumat yayıb.
“Tottenhem” daha əvvəl Sandro Tonali və Mateuş Fernandeşi heyətinə qatdığı üçün 30 yaşlı futbolçunu komandada saxlamaq niyyətində deyil.
Palinyanın “Sportinq”ə qayıtmaq variantı da müzakirə olunur. Lakin “Bavariya”nın portuqaliyalı futbolçu üçün tələb etdiyi məbləğ keçidin reallaşmasını çətinləşdirir.
Qeyd edək ki, Palinyaya başqa klublar da maraq göstərir. Futbolçunun gələcəyi ilə bağlı danışıqlar davam edir.
- "Kür" və "Azəryol" Azərbaycan çempionu olub
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Şahin Diniyev: "Məqsəd turnir cədvəlində irəliləmək qoyulub"
- “Qəbələ” – “Olimpiakos” oyununun vaxtı açıqlandı
- Azərbaycan çempionunu braziliyalı hücumçu transfer etdi