“Tottenhem”dən ayrıldı, Londonun digər klubuna keçdi
10.08.2026 - 23:58
“Tottenhem”dən ayrıldı, Londonun digər klubuna keçdi

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, London klubu “Tottenhem Hotspur”un hücumçusu Manor Solomonu transfer edib.

İsrail millisinin üzvü yeni klubu ilə üç illik müqavilə imzalayıb. 27 yaşlı futbolçu “Vest Hem”də 10 nömrəli formanı geyinəcək.

Solomon 2023-cü ilin yayında azad agent kimi “Tottenhem Hotspur”a qoşulub. Lakin dizindən aldığı zədə səbəbindən 2023/2024 mövsümünün böyük hissəsini buraxıb.

İsrailli futbolçu 2024-cü ilin yayında icarə əsasında “Lids Yunayted”ə göndərilib. O, 2025-ci ilin sentyabrında İspaniyanın “Vilyarreal”, 2026-cı ilin yanvarında isə İtaliyanın “Fiorentina” klubuna icarəyə verilib.

Qeyd edək ki, Manor Solomon “Tottenhem Hotspur”un heyətində cəmi 6 rəsmi matç keçirib. Bunlardan 5-i İngiltərə Premyer Liqasına, biri isə Liqa Kubokuna təsadüf edib.