"Trabzonspor" bu mövsüm ilk dəfə bunu bacardı
21.01.2025 - 10:33
!["Trabzonspor" bu mövsüm ilk dəfə bunu bacardı](https://apasport.az/storage/news/2025/january/21/big/678f34945e962678f34945e9631737438356678f34945e960678f34945e961.jpg)
Türkiyə Super Liqasında XX həftənin son matçında "Trabzonspor" evdə "Sivasspor"u darmadağın edib - 4:0.
Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi bu nəticədən sonra cari mövsümdə bir ilkə imza atıb.
Belə ki, ötən mövsüm liqanın son 3 həftəsini qələbə ilə başa vuran "Trabzonspor" 238 gündən sonra ilk dəfə ardıcıl 2 qələbə qazanıb.
Qeyd edək ki, xallarını 25-ə çatdıran "Trabzonspor" turnir cədvəlində 9-cu pilləyə yüksəlib.
0
0