"Trabzonspor" istəyinə çatdı: KABRAL TRANSFERİ RƏSMİLƏŞDİ
05.06.2026 - 12:39
"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub "Benfika"dan Sidni Lopes Kabralı transfer edib.
Bu barədə Qara dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor" Kabo-Verde millisinin üzvü üçün Portuqaliya klubuna 7 milyon avro ödəyib. Sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kabral ötən mövsüm "Benfika"nın heyətində 12 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
- Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramı bəlli olub
- Afrika Millətlər Kuboku: Benzianın komandasının rəqibləri bəlli olub
- Krakov-2023: Taekvondoçularımızdan 2 medal - FOTOLENT - YENİLƏNİB
- “Misli” ölkənin ən böyük idman yay festivalının sponsoru olub
- “Qalatasaray”ın istədiyi nəhəng qolçu
0
0