Türkiyə millisinin üzvü “Dortmund”a geri qayıdıb
29.01.2025 - 01:54
Almaniya Bundesliqası komandalarından “Borussiya Dortmund” icarədə olan futbolçusunu geri çağırıb.
Apasport.az xəbər verir ki, söhbət Salih Özcandan gedir.
Mövsümün əvvəlində 1 illik icarə əsasında “Volfsburq”a göndərilən yarımmüdafiəçi, komandaların razılaşmasına əsasən, “Dortmund”a geri qayıdıb.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Klubun həmin mövqedə olan oyunçusu Feliks Nmeçanın zədələnməsi səbəbilə belə bir qərar verdiyi bildirilib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm “Volfsburq”un heyətində 12 rəsmi matçda çıxış edib.
- Çinli şahmatçı Qazaxıstanda hotelini niyə dəyişdi?
- La Liqa klubunun heyətində ciddi itki - MÖVSÜMÜ BAŞA VURDU
- Dünya çempionumuz: "Ehtiyatda qalmağı Ronaldonun öz istəyi idi"
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
- Güney Azərbaycanın milli oyanışında futbolun gücü - “TRAKTOR” QÜRURU
0
0