Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) mərc oyunlarında iştiraka görə 152 hakimlə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, ali dərəcəli hakimlər - Zorbay Küçük, Melih Kurt və Mertcan Tubay barəsində mərc fəaliyyəti ilə əlaqədar Futbol Federasiyasının intizam qaydalarının 57-ci maddəsinə əsasən araşdırmanın davam etdirilməsinə qərar verilib.
Qeyd olunan hakimlər müvafiq olaraq 8, 10 və 12 ay müddətinə futbol yarışlarından uzaqlaşdırılıblar.
Xatırladaq ki, PFDK-ya göndərilən hakimlərdən 7-si ali kateqoriyalı referilərdir. Onların sırasında Egemen Artun, Mehmet Ali Özer, Melih Kurt, Muhammed Selim Özbek, Seyfettin Alper Yılmaz, Yunus Dursun və Zorbay Küçük yer alıb.
- Tərtər Olimpiya İdman Kompleksində cüdo zalı fəaliyyətə başlayıb
- Füzuli Məmmədov: “Qolumuz sayılmalı idi”
- Paris-2024: Qızıl və bürünc medal qazanan parataekvondoçularımız vətənə dönüb - FOTO
- Azərbaycan Əvəzedicilər liqasında püşkatma mərasimi keçirilib
- Azərbaycanın buzüstü rəqs cütlüyü dünya çempionatına vəsiqə qazanıb