![Xavi ilə rekord](https://apasport.az/storage/news/2022/october/05/big/633d115f2a0db633d115f2a0dc1664946527633d115f2a0d9633d115f2a0da.jpg)
“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin III turunda “İnter”lə səfər oyununda qeyri-adi rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu 0:1 hesabı ilə məğlub olduğu görüşdə cərimə meydanına 50 ötürmə verib.
Bunun 15-i standart vəziyyətdən, 35-i isə oyun epizodundan olub. Bu isə kataloniyalıların Xavinin rəhbərliyi altında rekord göstəricisidir. Ancaq bu sayda asmaya baxmayaraq, komanda rəqib qapısına yol tapa bilməyib.
Qeyd edək ki, hazırda C qrupuna “Bavariya” 9 xalla liderlik edir. “İnter” 6 xalla ikinci, “Barselona” 3 xalla üçüncü pillədə qərarlaşıbsa, “Viktoriya”nın aktivində xal yoxdur.