"Mançester Yunayted"in keçmiş futbolçusu Xuan Manuel Mata karyerasını İsveçdə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Malmö”yə keçməyə yaxındır.
Yaponiya “Vissel Kobe”sindən ayrıldıqdan sonra klubsuz qalan ispaniyalının həyat yoldaşı Evelina Kampf inzibati mərkəzi Malmö olan Skane əyalətinin Höllviken şəhərindəndir. Məhz bu "incə detal"ın veteran futbolçunun karyerasını İsveçdə davam etdirəcəyinə təsir edəcəyi iddia olunur.
Qeyd edək ki, “Mançester Yunayted”lə yanaşı “Çelsi”, “Qalatasaray” və “Valensiya” kimi komandaların şərəfini qorumuş İspaniya millisinin sabiq futbolçusu klub karyerası ərzində 651 matça çıxaraq, 142 qol və 158 məhsuldar ötürməyə imza atıb.
- Stolüstü tennisçilərimiz Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar
- Üç güləşçimiz finala vəsiqə qazanıb
- AFFA-nın yeni prezidenti Rövşən Nəcəf oldu - YENİLƏNİB
- Deni Qaysumov: "İsveç Avstriyadan güclüdür və daha ağır olacaq" - MÜSAHİBƏ
- "Roma" "Real"ın sabiq baş məşqçisi ilə danışıqlar aparır