Xviça "Napoli"də qalacaq
02.01.2025 - 10:22
![Xviça "Napoli"də qalacaq](https://apasport.az/storage/news/2025/january/02/big/67762b628422467762b6284225173579760267762b628420c67762b6284222.jpg)
“Napoli” futbolçusu Xviça Kvaratsxeliyanın müqaviləsini uzadacaq.
Apasport.az xəbər verir ki, klub gürcüstanlı yarımmüdafiəçi ilə yeni sözləşmə məsələsində razılığa gəlib.
“Napoli” Xviçanın məvacibini 1,5 milyon avrodan 6 milyon avroya yüksəldəcək.
23 yaşlı futbolçunun adı daha əvvəl “Barselona” və “Mançester Yunayted”lə hallanırdı.
Xviça bu mövsüm 19 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.
0
0