Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”
11.07.2026 - 02:21
Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”

İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın yarımfinalında Fransa ilə keçiriləcək oyun öncəsi iddialı açıqlamalar verib.

Apasport.az xəbər verir ki, 18 yaşlı futbolçu şəxsi statistikasından çox komandanın uğurunu düşündüyünü bildirib.

“Qol vura bilməməyim məni məyus etmir. Avropa çempionatını cəmi bir qolla qazandım. Dünya çempionu olduğumuz müddətdə bu otaqdakı heç kim mənə ‘Qol vura bilmədin’ deyə bilməz.

Bəlkə də gözoxşayan futbol oynamadığımız görünə bilər. Amma unutmayın ki, hələ bizə bərabər səviyyədə olan komanda ilə qarşılaşmamışıq. Bizə qarşı oynayan bütün komandalar müdafiəyə çəkilib.

Fransanın kimdənsə qorxması lazımdırsa, o komanda bizik. Onları daha əvvəl turnirdən kənarlaşdıran da biz olmuşuq”, – deyə Yamal bildirib.

Qeyd edək ki, İspaniya DÇ-2026-nın yarımfinalında Fransa ilə qarşılaşacaq.