Konfrans Liqasının bu gün keçiriləcək final oyununda “Roma” ilə “Feyenoord” üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, Rusiya millisinin və “Spartak”ın sabiq kapitanı Yeqor Titov qarşılaşmanın bol qollu alınacağı qənaətindədir.
Tanınmış futbol veteranı bugünkü matçla bağlı proqnozunda belə fikir yürüdüb:
“Mövsümün ikinci avrokubok finalından baş çıxarmaq Avropa Liqasının həlledici oyunundakından asan deyil. Bu dəfəki matçın öz özəllikləri var.
“Roma”nı Joze Mourinyo çalışdırır. Onun belə qarşılaşmalarla bağlı zəngin təcrübəsi var. Yəqin ki, o, bu dəfə də açıq oyuna üstünlük verməyəcək. Bu, onun üslubunda deyil.
Baxmayaraq ki, yaş keçdikcə, Mourinyo bir az dəyişir, onun komandaları hardasa daha parlaq oyun göstərir. Digər tərəfdən “Feyenoord” şən, cəsarətli komandadır və çox nadir hallarda ALT oynayır.
“Marsel”lə cavab qarşılaşması istisna idi. Adətən isə Rotterdam komandasının oyunlarında çox sayda qol vurulur.
Mourinyo faktoru var. Amma düşünürəm ki, “Feyenoord” “Roma”nı təxribatla açıq oyuna çəkə biləcək.
“Roma” futbolçularının səviyyəsinə görə rəqibi üstələyir. Onların xüsusi bir çəkinəcək nəyisə yoxdur. Onlar “Feyenoord”dan çox qaça da bilər, imkanlardan daha yaxşı istifadə də edə bilər.
Bir sözlə, mən hər iki komandanın fərqlənəcəyinə və ümumilikdə 3 və ya daha çox topun vurulacağına pul qoyuluşu edərdim. Hər iki komandanın cəsarətli oynayacağına inanıram.
Proqnozum: ÜST və Q/Q
- "Kəpəz"in "Araz-Naxçıvan"la matçda zədələnən kapitanının durumu bəlli olub
- Ramin Musayevdən klublara mesaj: “Səviyyəli əcnəbilər gətirin"
- Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib
- Ramin Musayev: “Şəxsi biznesimlə məşğulam, futbolla qurtardım”
- İtaliya millisinin üzvü “Flamenqo”da çıxış edə bilər