Yunanıstanda çempion bəlli oldu - 48-ci dəfə
16.04.2025 - 11:57

Yunanıstan çempionatının başa çatmasına 3 tur qalmış titulu qazanan komandanın adı dəqiqləşib.
Apasport.az xəbər verir ki, "Olimpiakos" 48-ci dəfə titulun sahibi olub.
Komanda buna "Panatinaikos"la görüşdə minimal hesablı qələbə qazanaraq nail olub - 1:0.
"Qırmızı-ağlar" 66 xalla turnir cədvəlinin dəyişməz lideri olaraq qalıb. "Yaşıllar" isə 56 xalla ikinci olub.
0
0