“Yunayted”in futbolçusu zədədən qayıtdı - MƏŞQLƏRƏ BAŞLADI
30.10.2025 - 20:45
“Mançester Yunayted”in futbolçusu Lisandro Martinez uzunmüddətli zədədən sonra yenidən məşqlərə qayıdıb.
Apasport.az xəbər verir ki, argentinalı müdafiəçi komandasının sonuncu məşqində iştirak edib.
27 yaşlı oyunçunun yaxın müddətdə cari mövsümdə ilk matçına çıxması gözlənilir.
Xatırladaq ki, Martinez bu ilin əvvəlində dizində çarpaz bağ yırtığı səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı.
Qeyd edək ki, Argentina millisinin üzvü 2022-ci ilin yayından “Mançester Yunayted”in heyətində çıxış edir.
- Yığmamızın sabiq legioneri: “Milliyə oynamaq istəyənləri çağırmaq lazımdır” - MÜSAHİBƏ
- "Barselona" Avropa Çempionatının ulduzunu transfer edib
- Azərbaycan kamandan oxatma tarixində ilk: Fərid Xəlilov WAE komitəsinə seçildi
- Regekampfın “Styaua”ya qayıtmasına mane olan 3 SƏBƏB
- Birinci Liqa: "İmişli" və "Baku Sportinq"dən səfər qələbəsi
0
0