“Mənə elə gəlir ki, narahat olmağa dəyməz. Salah bir peşəkardır və işinə diqqət yetirir”.
Apasport.az saytı xəbər verir ki, “Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahın komandada qalmaq şansını dəyərləndirərkən deyib.
Almaniyalı mütəxəssis əsas hücumçularından olan misirlinin Səudiyyə Ərəbistanına getmə ehtimalını şərh edib. Futbolçunun peşəkarlığına diqqət çəkən Klopp 31 yaşlı forvardın yeni mövsümə yaxşı başladığını düşünür.
Salahın məşqlərdə bütün potensialını göstərdiyini deyən alman proseslərin gedişatından razılığını ifadə edib: “Məhəmməd tam bir peşəkara yaraşacaq şəkildə hərəkət edir. Biz çox sakitik və inanırıq ki, ən azı bir mövsüm daha azarkeşlərimiz onun oyununu izləyə biləcəklər”.
Qeyd edək ki, Misir millisinin kapitanının "Əl-İttihad"a transfer olunacağı iddia olunur.
- Avropa Çempionatı: Güləşçilərimiz finalda
- Arda Güler mövsümü başa vurdu: DÇ-DƏ ÇIXIŞ EDƏ BİLƏCƏK?
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Ağsu şəhər stadionunun süni ot örtüyü FIFA-nın sertifikatına layiq görülüb
- Millimiz Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq