“Yuventus”un müdafiəçisi “Yunayted”in hədəfində
18.01.2026 - 21:56
“Yuventus”un üzvü Pyer Kalulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” fransalı müdafiəçi ilə yaxından maraqlanır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, “Qoca sinyora” 25 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Oyunçunun transferində “Tottenhem” və “Aston Villa” klubları da maraqlıdır.
Qeyd edək ki, Kalulunun “Yuventus”la müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
- "Xilasedici"nin Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli olub
- "Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Uokerə Premyer Liqadan müştəri
- Franko dövründən bu günün İspaniyasına tarixi baxış
0
0