Zidana çatdı, Munyos əliçatmaz görünür
05.09.2023 - 22:47
İspaniya çempionatına uğurlu start götürən “Real” 4 oyunda qələbə qazanıb.
Apasport.az-ın məlumatına görə, bu qələbə baş məşqçi Karlo Ançelotti üçün əlamətdar olub.
Italiyalı mütəxəssis Madrid klubunda 172-ci qələbəsini əldə edib. O, bu göstərici ilə Zinədin Zidana çatıb. Növbəti qələbə Ançelotini siyahıda ikinci pilləyə yüksəldəcək. “Real”ın əfsanəvi baş məşqçisi Munyosun hesabında isə 357 qələbə qələbə var.
Qeyd edək ki, Madrid klubu İspaniya çempionatının 5-ci turunda öz meydanında “Real Sosyedad”la qarşılaşacaq.
- Vüsal İsgəndərli: "Albaniyanı da, Qazaxıstanı da məğlub edə bilərik" - Müsahibə
- A millinin üzvləri uşaq evində
- Əvəzedicilər Liqası: 2024/25 mövsümünün qalibi bəlli olub
- "Milan"dan vacib 3 xal, "Siti" növbəti turda- YENİLƏNİB
- Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnir keçiriləcək
0
0