Hakimlər üçün keçirilən seminara yekun vurulub
25.12.2025 - 22:56
Hakimlər üçün keçirilən seminara yekun vurulub

Azərbaycan Atletika Federasiyasında hakimlər üçün keçirilən seminara yekun vurulub.

Apasport.az xəbər verir ki, son gündə iştirakçılar test imtahanı verərək nəzəri biliklərini yoxlayıblar və seminarın sonunda sertifikatlarla təltif olunublar.

Seminarın məqsədi hakimlərin peşəkar bacarıqlarını artırmaq və beynəlxalq standartlara uyğun fəaliyyətini təmin etməkdən ibarət olub.

Qeyd edək ki, seminar dekabrın 22-dən 25-dək davam edib.