“Apasport”dan böyük uduş – 11,45 ƏMSAL 
25.03.2023 - 10:33
“Apasport”dan böyük uduş – 11,45 ƏMSAL 

Apasport.az saytının mütəxəssis komandasının daha bir böyük əmsallı kuponu uduşlu olub.

Bu, martın 24-də keçirilən oyunlarda qeydə alınıb. “Ekspress” adı altında təklif olunan variant müştərilərə 11,45 əmsallıq uduş gətirib.

Kuponda üç matç yer alıb. İlk – daha tez başlayan qarşılaşma Türkiyə çempionatında baş tutub.

1-ci liqanın görüşündə “Dənizlispor” “Boluspor”u qəbul edib. Ekspertlərimizə ən gərgin anları da bu qarşılaşma yaşadıb. Onlar qonaqlara qələbə proqnozlaşdırsa da, hesabı meydan sahibləri açıb. Bu gedişat 73-cü dəqiqəyə qədər dəyişməz qalıb. Həmin vaxt “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu bərabərlik qolu ilə ümid gətirib. 90+2-ci dəqiqədə Bolu təmsilçisinin qolu isə kuponu xilas edib.

AVRO-2024-ün seçmə oyunları isə daha “yüngül” olub. Çexiya və Belçika qələbəni üç qolla qazanıb və “Ekspress”in qələbəsinə töhfə verib.

Ekspress kupon (11,45 əmsal)
“Dənizilspor” – “Boluspor” – 1:2 (2)
Çexiya – Polşa – 3:1 (1)
İsveç – Belçika – 0:3 (2)

writer photo
Əlirza Əlirzalı
0