“Apasport” proqnozsevərlərə kupon təklifini ötən həftə də uğurla davam etdirib. Yeddi gün ərzində hazırlanan 59 variant uduşlu olub.
Dəqiq kuponların ümumi əmsalı 172,05-ə bərabər olub. Bu göstəricilərin hər ikisi 2023-cü ilin əvvəlki həftələri ilə müqayisədə rekorddur. İlin arxada qalan hissəsi üçün əvvəlki rekordlar 49 kupon və 157,17 əmsala bərabər idi.
Ən uğurlu gün fevralın 23-ü sayılır. Cümə axşamı keçirilən matçlara 13 kupon 39,48 əmsallıq uduş gətirib. Bu göstəricilərdən birincisi 2023-cü ilin rekordunun təkrarı, digəri isə mütləq rekordudur.
Apasport.az saytının mütəxəssis komandasının 10 təxmini dəqiq alınıb. Təklif olunan dörd “Ödənişli kupon” 17,77 əmsallıq qazancla nəticələnib. Bundan başqa altı “Təkli” kupon da dəqiq nəticələri ilə diqqət çəkib.
Mütəxəssislərimizin müxtəlif adlarla təqdim etdiyi daha 33 ekspresdəki proqnozlar da doğrulub.
Xarici mütəxəssislərin təklif etdiyi 16 kupon uduşlu olub. Ayqar Şilvan, Dmitri Donskoy, Andrey Bondarenko, Andrey Beley hərəyə iki dəfə “hədəfə düşüb”.
20 fevral - 12 qalib kupon, əmsallarının cəmi 34,64
21 fevral - 8 qalib kupon, əmsallarının cəmi 29,68
22 fevral - 3 qalib kupon, əmsallarının cəmi 9,43
23 fevral - 13 qalib kupon, əmsallarının cəmi 39,48
24 fevral - 10 qalib kupon, əmsallarının cəmi 27,99
25 fevral - 8 qalib kupon, əmsallarının cəmi 18,89
26 fevral - 5 qalib kupon, əmsallarının cəmi 11,94