“Apasport”dan REKORDLAR: 80 UDUŞ, 230,5 ƏMSAL
05.06.2023 - 14:13
“Apasport”dan REKORDLAR: 80 UDUŞ, 230,5 ƏMSAL

“Apasport” proqnozsevərlərə kupon təklifini ötən həftə də uğurla davam etdirib. Mayın 29-dan iyunun 4-dək keçirilən oyunlar üçün hazırlanan variantlardan 80-i uduşlu olub. 

Bu, 2023-cü ilin rekordunun təkrarıdır. İki həftə əvvəl – mayın 15-21-dək olan dövrdə də eyni sayda kupon uduş gətirib.

Mayın 29-dan iyunun 4-dək olan matçlardakı uduşların ümumi əmsalı 230,50-yə bərabər olub. Bu rəqəm ilin mütləq rekordudur. Bunadək rekord iki həftə əvvəlki 215,54 idi.

Mayın 29-da qeydə alınan 18 uduş da 2023-cü ilin mütləq rekordu kimi yadda qalıb. İlin rekordu ilə başlayan həftə ilin 2-ci nəticəsi ilə bitib. İyunun 4-də 17 uduş yaşanıb.

Ümumiyyətlə həftənin 7 günündən 4-də “10+” yaşanıb. Mayın 31-də 15, iyunun 2-də 10 qalib kupon olub.

Üç dəfə uduş əmsalı “40+” həddinə çatıb. Bazar ertəsi həftənin rekordu qeydə alınıb – 47,89. Bazar günü 46,99, çərşənbə günü 40,07 əmsallıq qazanc olub.

29 may: 18 qalib kupon, əmsallarının cəmi 47,89
30 may: 7 qalib kupon, əmsallarının cəmi 20,17
31 may: 15 qalib kupon, əmsallarının cəmi 40,07
1 iyun: 5 qalib kupon, əmsallarının cəmi 15,50
2 iyun: 10 qalib kupon, əmsallarının cəmi 33,00
3 iyun: 8 qalib kupon, əmsallarının cəmi 26,88
4 iyun: 17 qalib kupon, əmsallarının cəmi 46,99

Mütəxəssis komandamızın ekspertlərindən Ramil Quliyev həftə ərzində 106 kupon təqdim edib. Bunların 39-da təxminlər dəqiq olub. Onun uduş faizi 36,8-ə bərabərdir. Qalib kuponların ümumi əmsalı 91,19, uduş reytinqi 0,86-dır.

Müxtəlif idman növlərinə mərc edən Sənan Ələkbərli 40 kupon təklif edib. O, betterlərə 13 uduş gətirib. Bu, təkliflərin 32,5 faizidir. Qalib kuponların əmsalı 48,48, uduş reytinqi 1,21-dir.

Zaur Məmmədovun 40 kuponundan 14-ü dəqiq olub. Mütəxəssisin uduş faizi 35,0-a bərabərdir. Qalib variantların ümumi əmsalı 32,31, uduş reytinqi 0,81-dir.

writer photo
Əlirza Əlirzalı
0