Linqard özünə klub tapdı
02.02.2024 - 17:19
Linqard özünə klub tapdı

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Cessi Linqard karyerasını Asiyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, 31 yaşlı ingilis Cənubi Koreyanın “Seul” klubuna keçir. 

Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. 31 yaşlı orta xətt oyunçusu yeni komandası ilə 2 illik müqavilə imzalayacaq. Tərəflər gedişatdan razı qalarsa anlaşmanın bir il daha artırılması mümkündür.

Qeyd edək ki, Linqardın Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubuna transferi uğursuzluqla nəticələnib və ingilis öz agentlərini işdən çıxarıb. Futbolçu 1 iyul 2023-cü ildən "Nottingem Forest"i tərk edərək azad agent statusundadır. 

writer photo
Əlirza Əlirzalı
0