Aylıq 28 milyon izləyicisi olan məşhur idman statistika tətbiqi “Sofascore” ilə Azərbaycan Basketbol Federasiyası arasında rəsmi müqavilə imzalanıb
Apasport.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Dünyada idmanının ən son statistik göstəricilərini və nəticələrini izləmək üçün hazırlanmış bir tətbiq olan “Sofascore” şirkəti ilə Azərbaycan Basketbol Federasiyası (ABF) arasında müqavilə imzalanıb. Başda Azərbaycan Basketbol Liqasının (ABL) oyunları olmaqla, ölkə basketboluna dair bütün statistik göstəriciləri basketbol həvəskarlarına təqdim edəcək “Sofascore”, Azərbaycan basketbolu ilə qlobal azarkeş auditoriyası arasında böyük bir körpü yaradır.
Qeyd edək ki, aylıq 28 milyondan artıq istifadəçisi olan “Sofascore” şirkəti ilə imzalanmış bu müqavilə, ölkə basketbolunun dünyada daha geniş kütlə tərəfindən tanınmasına xidmət göstərəcək.
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
- Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək
- Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri