Almaniyadan inamlı qələbə - YENİLƏNİB
19.06.2024 - 21:53
Almaniyadan inamlı qələbə - YENİLƏNİB

Avropa çempionatının A qrupunda ikinci turun ilk qarşılaşmasında Almaniya və Macarıstan komandaları üz-üzə gələcəklər.

Apasport.az xəbər verir ki, matç Ştutqardda keçiriləcək.

Turnirə darmadağınla başlayan Almaniya seriyanı davam etdirmək  istəyir. Macarlar isə ev sahibinə qarşı turnirdə ilk xalını qazanmağa çalışacaqlar.

Almaniya AVRO-2024-ün açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

AVRO-2024

19 iyun

II tur

A qrupu

20:00. Almaniya - Macarıstan 2:0 

Qol: Musiala, 22. Gündoğan, 67

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, "MHP Arena" stadionu.

writer photo
Əlirza Əlirzalı
0