Avro 2024-ün 1/8 final mərhələsinin ən yaxşı qoluna namizədlər bəlli olub
03.07.2024 - 12:58
Avro 2024-ün 1/8 final mərhələsinin ən yaxşı qoluna namizədlər bəlli olub

2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin bütün oyunları başa çatıb.

Apasport.az xəbər verir ki, Avro 2024-ün pley-off mərhələsinin ən yaxşı qoluna namizədlər bəlli olub.

Siyahıya İngiltərə millisinin yarımmüdafiəçisi Cude Bellingem (İngiltərə - Sloveniya, 2:1), ispaniyalı Niko Uilyams və Fabian Ruiz (İspaniya - Gürcüstan 4:1) və isveçrəli Ruben Varqasın (İsveçrə - İtaliya 2:0) qolları daxil edilib.

Xatırladaq ki, 1/4 finalda İspaniya - Almaniya, Portuqaliya - Fransa, İngiltərə - İsveçrə və Türkiyə - Hollandiya qarşılaşmaları baş tutacaq. 1/4 final mərhələsinin ilk oyunları iyulun 5-də keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0