"Fənərbaxça"lı futbolçu AVRO-2024-ün heyətindən kənarlaşdırılıb
30.05.2024 - 10:08
"Fənərbaxça"lı futbolçu AVRO-2024-ün heyətindən kənarlaşdırılıb

Türkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Çağlar Söyüncü milli komandanın AVRO-2024 heyətindən çıxarılıb. 

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 

Bildirilib ki, "Fənərbaxça" - "İstanbulspor" (6:0) matçında bud arxa əzələsindən zədələnən müdafiəçi AVRO-2024-ü buraxacaq. 

Qeyd edək ki, bu mövsüm qış fasiləsində "Atletiko"dan "sarı-lacivərdlilər"ə keçən 28 yaşlı futbolçu Super Liqada 12 matça çıxıb, 2 qol ilə yadda qalıb. 

 

writer photo
Əlirza Əlirzalı
0