Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu davam edir.
Apasport.az xəbər verir ki, günün növbəti matçında Danimarka və İngiltərə milliləri qarşı-qarşıya gəliblər.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Hər 2 qolun ilk hissədə vurulduğu matçda Keyn və Hyulmann fərqlənib.
Xatırladaq ki, İngiltərə qrup mərhələsinin ilk oyununda serbləri 1:0 məğlub etmişdi, Danimarka Sloveniya matçında isə qalib müəyyənləşməmişdi - 1:1.
AVRO-2024
20 iyun
II tur
C qrupu
20:00. Danimarka - İngiltərə 1:1
Qollar: Keyn, 18, Hyulmann, 34
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt, "Valdştadion".