İngiltərə – İsveçrə matçının ən yaxşı oyunçusu
07.07.2024 - 01:01
İngiltərə – İsveçrə matçının ən yaxşı oyunçusu

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında baş tutan İngiltərə – İsveçrə matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanın ən yaxşısı İngiltərə yığmasının üzvü Bukayo Saka olub.

Saka bu matçın 80-ci dəqiqəsində İngiltərə yığmasının bərabərlik qolunu vurub. Oyun penaltilər seriyasına qədər uzanıb və İngiltərə komandası zərbələri daha dəqiq yerinə yetirərək (5:3) yarımfinala vəsiqə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0