İngiltərə millisi tarixə düşdü
15.07.2024 - 09:36
İngiltərə millisi tarixə düşdü

Avropa çempionatının finalında İngiltərə millisi İspaniya ilə qarşılaşıb. 

Apasport.az xəbər verir ki, ingilislər 2:1 hesabı ilə rəqiblərinə məğlub olublar.

Beləliklə, İngiltərə Avropa çempionatı tarixində ardıcıl iki dəfə məğlub olan ilk komanda olub. 

Xatırladaq ki, 2021-ci ildə keçirilən son Avropa çempionatında İngiltərə yığması finalda italyanlara məğlub olmuşdu.

Qeyd edək ki, daha əvvəl cəmi 2 komanda ardıcıl 2 dəfə Avropa çempionatının finalında çıxış edib - hər iki dəfə qalib gələn ispanlar (2008 və 2012), eləcə də 1992-ci ildə uduzan, lakin 1996-cı ildə İngiltərədə qələbə qazanan almanlar. 

writer photo
Əlirza Əlirzalı
0