Kalafiori antirekordla tarixə düşdü
21.06.2024 - 11:18
Kalafiori antirekordla tarixə düşdü

İtaliya millisi ilk dəfə Avropa çempionatında avtoqol vurub.

Apasport.az xəbər verir ki, İspaniya yığması ilə qarşılaşmada bunu müdafiəçi Rikkardo Kalafiori edib.

Bu, matçdakı yeganə qol olub və ispanlara qələbə qazandırıb. İspaniya millisi 6 xalla vaxtından əvvəl pley-offa vəsiqə qazanıb. İtaliyanın isə 3 xalı var və 1/8 finala çıxmaq şansı yüksəkdir.

Xatırladaq ki, ilk turda italyanlar Albaniyaya qalib gəlib (2:1).

 

writer photo
Əlirza Əlirzalı
0