La Fuente: "İngiltərənin çox yaxşı olduğunu bilirdim"
14.07.2024 - 14:00
La Fuente: "İngiltərənin çox yaxşı olduğunu bilirdim"

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Avro-2024-ün finalında İngiltərə ilə oyun öncəsi fikirlərini bölüşüb.

Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, o deyib: “Bu, əla komandadır. Bu Avropa çempionatındakı nəticələrdən asılı olmayaraq, İngiltərənin çox yaxşı olduğunu bilirdim. Onların əla heyəti var. Aydın idi ki, gec-tez yaxşı çıxış edəcəklər

Mən buna onların oyunçularının müstəsna keyfiyyətinə görə inanırdım.  Düşünürəm ki, İngiltərə ilə oyun indiyə qədər turnirdə oynadığımız matçlardan çox fərqli olacaq”.

Qeyd edək ki, bu gün keçiriləcək İspaniya - İngiltərə matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0