Levandovski Avro-2024-ün ilk oyununu buraxacaq
11.06.2024 - 17:56
Levandovski Avro-2024-ün ilk oyununu buraxacaq

La Liqa təmsilçilərindən "Barselona"nın və Polşa yığmasının hücumçusu Robert Levandovski 2024-cü il Avropa çempionatının açılış matçında iştirak edə bilməyəcək.

Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu Türkiyə ilə yoldaşlıq oyununda (2:1) zədələnib və 32-ci dəqiqədə meydanı tərk etməli olub.

Məlumata görə, Levandovski Niderlandla oyunu buraxacaq, lakin Avstriya ilə ikinci tur görüşündə komandaya kömək etməyə hazır olacaq.

Polşa və Hollandiya arasında 2024-cü il Avropa çempionatının ilk turunun oyunu iyunun 16-da keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
 

writer photo
Əlirza Əlirzalı
0