Niderland 34 ildir, Avstriyaya məğlub olmur - Statistika
25.06.2024 - 19:17
Niderland 34 ildir, Avstriyaya məğlub olmur - Statistika

AVRO-2024-ün D qrupunun 3-cü turunda Hollandiya Avstriya ilə qarşılaşacaq. 

Apasport.az xəbər verir ki, Hollandiya və Avstriya tarixlərində 21-ci dəfə üz-üzə gələcəklər.

Daha öncəki 20 qarşılaşmada 10 dəfə Hollandiya, 6 dəfə isə Avstriya qalib gəlib, 4 görüş heç-heçə başa çatıb.

Bu görüşlərdə “narıncılar” 38, Avstriya isə 24 qola imza atıb.

34 ildir rəqibinə uduzmayan Hollandiya son 7 görüşdə qalib gəlib. Avstriya son qələbəsini 1990-cı ildə keçirdiyi yoldaşlıq görüşündə rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, Almaniyanın paytaxtı Berlindəki Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0