Serbiyanın baş məşqçisi: "Sona qədər özümüzə inandıq"
20.06.2024 - 22:16
Serbiyanın baş məşqçisi: "Sona qədər özümüzə inandıq"

"Biz təslim olmadıq və sona qədər özümüzə inandıq. Çoxlu qol imkanları yarada bildik, lakin əsas vaxtda qol vura bilmədik".

Apasport.az xəbər verir ki, bu sözləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Sloveniyaya qarşı Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Stoykoviç 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Dayanmadıq və məğlubiyyətlə barışmaq istəmədik. Sonda bəhrəsini gördük. Yaradılan şanslardan tutmuş qapıya zərbələrə qədər bizim statistikamız daha yaxşıdır. Amma əsas olan hədəflərdir. Bu 1 xal bizim üçün vacib idi, baxmayaraq ki, bizim iddiamız qalib gəlmək və cəlbedici, hücum futbolu oynamaqdır". 

writer photo
Əlirza Əlirzalı
0