UEFA Merih Demirala qarşı araşdırma başlatdı
03.07.2024 - 13:25
UEFA AVRO-2024-ün 1/8 matçında Avstriyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə millisinin qollarını vuran Merih Demirala qarşı araşdırma başlatdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, millinin üzvü qolu boz qurd işarəsi ilə qeyd edib.
UEFA-dan verilən açıqlamaya görə, Demiral uyğunsuz hərəkətinə görə cəzalandırıla bilər.
Merih Demiral isə qol sevincini belə izah edib:
"İki qol vurduğum üçün çox xoşbəxtəm. Ağlımda türklüklə əlaqəli bir qol bayramı var idi və bunu etdim. Çox qürur duyuram. Türk olduğumu iliklərimə qədər hiss etdim".
0
0