600-cü səfər qolu
12.09.2022 - 12:00
600-cü səfər qolu

“Neftçi” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub. 

Apasport.az saytının məlumatına görə, bu, Misli Premyer Liqasının VI turuna təsadüf edib. 

Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.
Matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb.

Paytaxt təmsilçisi “600”ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan “Neftçi” rəqib meydanındakı qol sayında mütləq rekordçudur.

Qeyd edək ki, “ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0