70-ci qolçu
20.11.2022 - 17:46
70-ci qolçu

Elvin Cəfərquliyev Azərbaycan millisində qol hesabını açıb.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Şimali Makedoniya ilə yoldaşlıq görüşündə fərqlənib.

Skopyedəki matçda 22 yaşlı cinah oyunçusu özünün yığmadakı 8-ci oyununda ilk qolunu vurub. Cəfərquliyev yığma tarixinə qol sevinci yaşayan 70-ci oyunçu kimi düşüb. Bu görüşə qədər 69 futbolçumuz rəqib qapısına yol tapıb.

Qeyd edək ki, ilk hissəsi gedən Şimali Makedoniya – Azərbaycan oyununda hazırda hesab 1:1-dir.

writer photo
Əlirza Əlirzalı
0