90 aydan sonra ilk dəfə
14.11.2022 - 10:34
90 aydan sonra ilk dəfə

“Şamaxı” Misli Premyer Liqasında ardıcıl iki qələbə qazanıb.

Apasport.az saytı xəbər verir ki, bölgə təmsilçisi hər iki görüşdə ikidən çox qol vurmaqla məhsuldarlıq nümayiş etdirib.

Vüqar Əsgərlinin yetirmələri “Turan Tovuz”la səfər (3:1), “Sumqayıt”la ev (4:2) qarşılaşmasında fərqlənib. Şamaxının eyniadlı təmsilçisinin ardıcıl iki matçda 3 və ya daha çox qol vurmasına sonuncu dəfə 2015-ci ilin mayında təsadüf olunub.

7 il 6 ay əvvəl komanda hələ Bakı “İnter”i adı altında çıxış edirdi. 90 ay əvvəl komanda səfərdə “Simurq”u 3:2, evdə “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, “Şamaxı” ölkə çempionatlarında 91 dəfə üç və ya daha çox qol vurub.

writer photo
Əlirza Əlirzalı
0