Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Səbail" - "Kəpəz" matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Belə oyunlardan sonra danışmaq ağırdır. Daha yaxşı komanda görmək istəyirik. Amma komanda bugünkü gündə istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdır. O vaxtı qazana bilsək... Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir.
- Yaydakı fasilədə digər komandalar çempionata hazırlaşırdı. "Kəpəz" nə edib?
- Sıfırdan yığılan komandaya ay yarım bəs etmir. Vaxt lazımdır. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdir. Daha uzun müddət lazımdır. Komanda hazırlaşıb. Bu komanda gələcəkdə gücünü göstərəcək.
- Bu nə ilə əlaqədardır?
- Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidir ki, qol buraxmasın. Bunları görürük.
- Toparlanmaq üçün zamana ehtiyacınız var dediz. Vaxt dolana qədər qalacaqsız "Kəpəz"də, yoxsa bezib gedəcəksiz?
- Ən asan şey qaçmaqdır. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə liqada oynayacağıq. Ən asan şey qaçmaqdır, Qaçmaq qorxaqlıqdır. Top bruaxırıqı, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.
- Transferlər üçün klubun pulunuz var?
- Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarır. Bir şeylər fikirləşib, tapacaqlarına inanıram.
- İki Azərbaycan klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansız?
- Qətiyyən. "Kəpəz" tarixi klubdur. "Kəpəz" tarixdə çox uğurlar qazanıb. Bu mənə bəs edir.
- Transferlərə etməli olduğunuzu dediz. Yayda rəhbərlik yayda yatmışdı?
- Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik.