AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Tədbirdə aşağıdakı qərarlar qəbul edilib:
I Liqa X tur
06.12.2023-cü il tarixində I Liqada X turun “Karvan” – “İrəvan” oyunu bitdikdən sonra “İrəvan” klubunun 5 nömrəli futbolçusu Elvin Yunuszadə stadionun giriş qapısına zərər vurduğuna görə 1 oyun cəzalanır, “İrəvan” klubu 100 manat cərimə edilir. Stadiondakı əmlaka dəymiş zərər “İrəvan” klubu tərəfindən ödənilsin (maddə 54.1, 54.2);
06.12.2023-cü il tarixində I Liqada X turun “Karvan” – “İrəvan” oyunu bitdikdən sonra “İrəvan” klubunun 98 nömrəli futbolçusu Əli Əliyev stadionun soyunub-geyinmə otağının qapısına zərər vurduğuna görə 1 oyun cəzalanır, “İrəvan” klubu 100 manat cərimə edilir. Stadiondakı əmlaka dəymiş zərər “İrəvan” klubu tərəfindən ödənilsin (maddə 54.1, 54.2);
06.12.2023-cü il tarixində I Liqada X turun “Zaqatala” – “Difai Ağsu” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);
06.12.2023-cü il tarixində I Liqada X turun “Zaqatala” – “Difai Ağsu” oyununun 90+1-ci dəqiqəsində “Zaqatala” klubunun 55 nömrəli futbolçusu Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zaqatala” klubu 50 manat cərimə edilir (maddə 36.5);
06.12.2023-cü il tarixində I Liqada X turun “Zaqatala” – “Difai Ağsu” oyununun 90+7-ci dəqiqəsində “Zaqatala” klubunun 33 nömrəli futbolçusu Kənan Müslümov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Zaqatala” klubu 200 manat cərimə edilir (maddə 43.1);
06.12.2023-cü il tarixində I Liqada X turun “Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);
06.12.2023-cü il tarixində I Liqada X turun “Qaradağ Lökbatan” – “Mingəçevir” oyununun ikinci hissəsində xərəkdaşıyanların say limiti pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 74.1);
06.12.2023-cü il tarixində I Liqada X turun “Araz Saatlı” – “Şamaxı” oyununun 57-ci dəqiqəsində “Araz Saatlı” klubunun 14 nömrəli futbolçusu Samir Alıyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 80 manat cərimə edilir (maddə 41);
06.12.2023-cü il tarixində I Liqada X turun “İmişli” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilir (maddə 37);
06.12.2023-cü il tarixində I Liqada X turun “İmişli” – MOİK oyununun 87-ci dəqiqəsində “İmişli” klubunun 8 nömrəli futbolçusu Tolqar Yaqubov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “İmişli” klubu 50 manat cərimə edilir (maddə 36.5);
06.12.2023-cü il tarixində I Liqada X turun “İmişli” – MOİK oyununun 88-ci dəqiqəsində matçın rəsmi protokolunda adı olmayan “İmişli” klubunun inzibatçısı Xəzər Kazımlı rəqibi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanır, “İmişli” klubu 400 manat cərimə edilir (maddə 43.4);
06.12.2023-cü il tarixində I Liqada X turun “İmişli” – MOİK oyununda PFL Əsasnaməsinin tələbi pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 70.1);
06.12.2023-cü il tarixində I Liqada X turun “İmişli” – MOİK oyununun 23-cü dəqiqəsində “İmişli” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” klubu 150 manat cərimə edilir (maddə 52.2);
06.12.2023-cü il tarixində I Liqada X turun “İmişli” – MOİK oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
II Liqa XIII tur
04.12.2023-cü il tarixində II Liqada XIII turun “Qusar” – “Sheki City” oyununun 86-cı dəqiqəsində “Qusar” klubunun 57 nömrəli futbolçusu Eşqin Tağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Qusar” klubu 200 manat cərimə edilir (maddə 40.2);
04.12.2023-cü il tarixində II Liqada XIII turun “Qusar” – “Sheki City” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Qusar” klubu 80 manat cərimə edilir (maddə 73.1);
04.12.2023-cü il tarixində II Liqada XIII turun “Qusar” – “Sheki City” matçı təhlükəsizlik nümayəndəsi olmaması səbəbindən 6 dəqiqə gec başladığına görə “Qusar” klubu 100 manat cərimə edilir (maddə 77.1);
04.12.2023-cü il tarixində II Liqada XIII turun “Kürmük Qax” – “Füzuli” oyununun 34-cü dəqiqəsində “Kürmük Qax” klubunun 34 nömrəli qapıçısı Səbuhi Əhmədov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Kürmük Qax” klubu 150 manat cərimə edilir (maddə 39.1);
04.12.2023-cü il tarixində II Liqada XIII turun “Şəfa” – “Ağdaş” oyununun 90+2-ci dəqiqəsində “Şəfa” klubunun 55 nömrəli futbolçusu Loğman Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 41);
04.12.2023-cü il tarixində II Liqada XIII turun “Şəfa” – “Ağdaş” oyununda xərəkdaşıyanlar olmadığına görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 74.1);
05.12.2023-cü il tarixində II Liqada XIII turun “Cəbrayıl” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şəmkir” klubu 70 manat cərimə edilir (maddə 37);
05.12.2023-cü il tarixində II Liqada XIII turun “Göygöl” – “Şahdağ Qusar” oyununun 2-ci hissəsində xərəkdaşıyanlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 74.1);
05.12.2023-cü il tarixində II Liqada XIII turun “Kür-Araz” – “Lerik” oyununun 79-cu dəqiqəsində “Lerik” klubunun 3 nömrəli futbolçusu Əflatun Məmmədovun 2-ci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Lerik” klubu 300 manat cərimə edilir (maddə 43.3).