AFFA-dan klublara cəza
29.11.2023 - 13:43
AFFA-dan klublara cəza

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

İclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XIV tur

24.11.2023-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

25.11.2023-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Qəbələ” – “Turan Tovuz” oyununun 86-cı dəqiqəsində topdaşıyanlar meydançaya daxil olduğuna görə “Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 74.2);

25.11.2023-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Qəbələ” – “Turan Tovuz” oyununun 90+2-ci dəqiqəsində “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

26.11.2023-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Neftçi” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800  manat cərimə edilir (maddə 51.2);

26.11.2023-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 43.7);

24.11.2023-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən stadiona dəymiş zərər (82 ədəd oturacağın sındırılması) “Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 51.6);

I Liqa IX tur

22.11.2023-cü il tarixində I Liqada IX turun “İrəvan” – “Difai Ağsu” oyununun 87-ci dəqiqəsində “Difai Ağsu” klubunun 2 nömrəli futbolçusu Seymur Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Difai Ağsu” komandası 50 manat cərimə edilir (maddə 36.5);

22.11.2023-cü il tarixində I Liqada IX turun “İrəvan” – “Difai Ağsu” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilir (maddə 72.4);

22.11.2023-cü il tarixində I Liqada IX turun “İrəvan” – “Difai Ağsu” oyunu bitdikdən sonra “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev akkreditasiya vəsiqəsi olmadan meydançaya, dəhlizə daxil olduğuna görə 1 oyun cəzalanır, “İrəvan” klubu 50 manat cərimə edilir (maddə 51.8);

22.11.2023-cü il tarixində I Liqada IX turun “İrəvan” – “Difai Ağsu” görüşündə oyun günü planı pozulduğuna görə “İrəvan” klubu 100 manat cərimə edilir (maddə 77.1);

23.11.2023-cü il tarixində I Liqada IX turun “Araz Saatlı” – MOİK oyununun 81-ci dəqiqəsində “Araz Saatlı” klubunun 12 nömrəli futbolçusu Məhəmməd Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 36.5);

23.11.2023-cü il tarixində I Liqada IX turun “Araz Saatlı” – MOİK oyununun 87-ci dəqiqəsində “Araz Saatlı” klubunun 7 nömrəli futbolçusu Oqtay Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 36.5);

23.11.2023-cü il tarixində I Liqada IX turun “Araz Saatlı” – MOİK oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə MOİK klubu 70 manat cərimə edilir (maddə 37);

23.11.2023-cü il tarixində I Liqada IX turun “Mingəçevir” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Zaqatala” klubu 70 manat cərimə edilir (maddə 37);

23.11.2023-cü il tarixində I Liqada IX turun “İmişli” – “Qaradağ Lökbatan” görüşünün oyunöncəsi iclası 20 dəqiqə gec başladığına görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 73.1);

23.11.2023-cü il tarixində I Liqada IX turun “İmişli” – “Qaradağ Lökbatan” görüşündə PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilir (maddə 70);

23.11.2023-cü il tarixində I Liqada IX turun “İmişli” – “Qaradağ Lökbatan” oyunundan əvvəl “İmişli” klubunun meneceri İlkin Əhmədov matçın rəsmi şəxsinə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanır, “İmişli” klubu 100 manat cərimə edilir (maddə 44.5);

II Liqa XII tur

23.11.2023-cü il tarixində II Liqada XII turun “Füzuli” – “Göygöl” oyununun 90-cı dəqiqəsində “Göygöl” klubunun 7 nömrəli futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Göygöl” klubu 300 manat cərimə edilir (maddə 43.3);

24.11.2023-cü il tarixində II Liqada XII turun “Baku Sportinq” – “Qusar” oyununda “Qusar” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

24.11.2023-cü il tarixində II Liqada XII turun “Sheki City” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” klubu 70 manat cərimə edilir (maddə 37);

24.11.2023-cü il tarixində II Liqada XII turun “Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun 20 nömrəli futbolçusu Süleyman Rauflu meydançada 4 nömrəli futbol formasında oynadığına görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 75.4);

24.11.2023-cü il tarixində II Liqada XII turun “Sheki City” – “Kür-Araz” oyununun 80-ci dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sheki City” klubu 80 manat cərimə edilir (maddə 52.1);

24.11.2023-cü il tarixində II Liqada XII turun “Sheki City” – “Kür-Araz” oyununda “Sheki City” klubunun azarkeşləri tərəfindən rəqib futbolçular kütləvi şəkildə təhqir edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Sheki City” klubu 50 manat cərimə edilir (maddə 43.7);

25.11.2023-cü il tarixində II Liqada XII turun “Şəmkir” – “Kürmük Qax” oyununda topdaşıyanlar topla artıq rəftarlar etdiyinə görə “Şəmkir” klubu 50 manat cərimə edilir (maddə 74.2);

25.11.2023-cü il tarixində II Liqada XII turun “Şəmkir” – “Kürmük Qax” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Şəmkir” klubu 50 manat cərimə edilir (maddə 70);

Əvəzedicilər liqası XIV tur

27.11.2023-cü il tarixində Əvəzedicilər liqasında XIV turun “Sumqayıt-2” – “Zirə-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37);

27.11.2023-cü il tarixində Əvəzedicilər liqasında XIV turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37).
 

writer photo
Əlirza Əlirzalı
0