Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
İclasda aşağıdakı qərarlar qəbul olunub:
Misli Premyer Liqası XVII tur
14.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Kəpəz” – “Sumqayıt” oyununun 26-cı dəqiqəsində, həmçinin oyun bitdikdən sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
15.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Səbail” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” klubunun 19 nömrəli futbolçusu Samuel Tetteh təcavüzkar davranışa (rəqibə zərbə endirdiyinə) görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, “Qəbələ” klubu 3000 manat cərimə edilir (maddə 40.3, 32);
15.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
18.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
18.12.2023-cü il tarixində Misli Premyer Liqasında XVII turun “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
I Liqa XI tur
13.12.2023-cü il tarixində I Liqada XI turun MOİK – “Zaqatala” oyununa təhlükəsizlik nümayəndəsi təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK klubu 100 manat cərimə edilir (maddə 72.4);
13.12.2023-cü il tarixində I Liqada XI turun MOİK – “Zaqatala” oyununun 51-ci dəqiqəsində “Zaqatala” klubunun 12 nömrəli qapıçısı Müşviq Nadirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 41);
13.12.2023-cü il tarixində I Liqada XI turun “Difai Ağsu” – “Karvan” oyununda “Difai Ağsu” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai Ağsu” klubu 70 manat cərimə edilir (maddə 37);
13.12.2023-cü il tarixində I Liqada XI turun “Difai Ağsu” – “Karvan” oyununda “Karvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan” klubu 70 manat cərimə edilir (maddə 37);
14.12.2023-cü il tarixində I Liqada XI turun “Mingəçevir” – “Araz Saatlı” oyununun 74-cü dəqiqəsində “Mingəçevir” klubunun 8 nömrəli futbolçusu Elsevər Bəkirzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” klubu 50 manat cərimə edilir (maddə 36.5);
14.12.2023-cü il tarixində I Liqada XI turun “Mingəçevir” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
14.12.2023-cü il tarixində I Liqada XI turun “Şamaxı” – “İmişli” oyununun 18-ci dəqiqəsində “İmişli” klubunun 2 nömrəli futbolçusu Tonia Tisdel təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “İmişli” klubu 300 manat cərimə edilir (maddə 40.3);
14.12.2023-cü il tarixində I Liqada XI turun “Şamaxı” – “İmişli” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37);
II Liqa XIV tur
11.12.2023-cü il tarixində II Liqada XIV turun “Göygöl” – “Cəbrayıl” oyununun 74-cü dəqiqəsində “Cəbrayıl” klubunun 26 nömrəli futbolçusu Elvin Dəmirov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Cəbrayıl” klubu 300 manat cərimə edilir (maddə 43.3);
11.12.2023-cü il tarixində II Liqada XIV turun “Göygöl” – “Cəbrayıl” oyununda xərəkdaşıyan uşaqlar olmadığına görə “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 74.1);
11.12.2023-cü il tarixində II Liqada XIV turun “Kürmük Qax” – “Şahdağ Qusar” oyununda “Kürmük Qax” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Kürmük Qax” klubu 70 manat cərimə edilir (maddə 37);
11.12.2023-cü il tarixində II Liqada XIV turun “Kürmük Qax” – “Şahdağ Qusar” oyununda təhlükəsizliyin təmin edilməsi düzgün təşkil edilmədiyinə görə “Kürmük Qax” klubu 200 manat cərimə edilir (maddə 73.3);
13.12.2023-cü il tarixində II Liqada XIV turun “Şəmkir” – “Qusar” oyununda xərəkdaşıyan uşaqlar olmadığına görə “Şəmkir” klubu 80 manat cərimə edilir (maddə 74.1);
13.12.2023-cü il tarixində II Liqada XIV turun “Şəmkir” – “Qusar” oyununda “Qusar” klubunun 13 nömrəli futbolçusu Viqar Əlibabayevin formasının şortunda fərqli nömrə (3) olduğuna görə “Qusar” klubu 100 manat cərimə edilir (maddə 75.4);
14.12.2023-cü il tarixində II Liqada XIV turun “Baku Sportinq” – “Ağdaş” oyununun 57-ci dəqiqəsində “Ağdaşr” klubunun 90 nömrəli futbolçusu Nicat Baxşiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Ağdaş” klubu 300 manat cərimə edilir (maddə 43.3);
15.12.2023-cü il tarixində II Liqada XIV turun “Lerik” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilir (maddə 37);
15.12.2023-cü il tarixində II Liqada XIV turun “Lerik” – “Dinamo” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Lerik” klubu 80 manat cərimə edilir (maddə 51.2);
15.12.2023-cü il tarixində II Liqada XIV turun “Sheki City” – “Şəfa” oyununda “Şəfa” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şəfa” klubu 70 manat cərimə edilir (maddə 37);
15.12.2023-cü il tarixində II Liqada XIV turun “Sheki City” – “Şəfa” oyununun 74-cü dəqiqəsində “Şəfa” klubunun 77 nömrəli futbolçusu Sahib Cümşüdov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şəfa” klubu 50 manat cərimə edilir (maddə 36.5);
15.12.2023-cü il tarixində II Liqada XIV turun “Sheki City” – “Şəfa” oyunu bitdikdən sonra “Şəfa” klubunun 7 nömrəli futbolçusu Asim Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Şəfa” klubu 50 manat cərimə edilir (maddə 36.5);
15.12.2023-cü il tarixində II Liqada XIV turun “Sheki City” – “Şəfa” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilir (maddə 91);
Əvəzedicilər liqası XVII tur
16.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVII turun “Səbail-2” – “Qəbələ-2” oyununun 64-cü dəqiqəsində “Səbail-2” komandasının 16 nömrəli futbolçusu Emin Rüstəmov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
16.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVII turun “Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
16.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVII turun “Səbail-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
19.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVII turun “Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
19.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVII turun “Qarabağ-2” – “Neftçi-2” oyununun sonlarında matçın rəsmi protokolunda adı olmayan, “Qarabağ-2” komandasının əməkdaşı İlqar Fətəliyev hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanır, “Qarabağ-2” komandası 400 manat cərimə edilir (maddə 43.4);
19.12.2023-cü il tarixində Əvəzedicilər liqasında XVII turun “Qarabağ-2” – “Neftçi-2” oyununun sonlarında “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ-2” komandasına xəbərdarlıq edilir (maddə 43.7).